Oğuzda çayxanada dava: Bir nəfər bıçaqlandı

Oğuzda çayxanada dava: Bir nəfər bıçaqlandı

Hazırda oxunan: Oğuzda çayxanada dava: Bir nəfər bıçaqlandı

133834

Oğuz rayonunun Bayan kəndində yerləşən çayxanalardan birində bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polus kapitanı Mahir Mənsimova istinadən bildirir ki, 66 yaşlı Bayan kənd sakini Bəxtiyar Həsrətov boyun nahiyəsindən bıçaq xəsarətləri alıb. 
 

O, yaxınları tərəfindən Mingəçevir şəhər mərkəzi xəstəxanasına  çatdırılıb. Pasiyentə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Polis kapitanı Mahir Məsimov onu da əlavə edib ki, hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Bayan kənd sakini Rəşad Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.  

Hadisənin baş vermə səbəbləri araşdırılır. Bıçaqlanma epizodu isə məhkəmə ekspertizası ilə müəyyən olunacaq.
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO