Geomaqnit sahəsi aktiv olacaq - Kosmik PROQNOZ  

Geomaqnit sahəsi aktiv olacaq - Kosmik PROQNOZ  

Hazırda oxunan: Geomaqnit sahəsi aktiv olacaq - Kosmik PROQNOZ  

133748

Hazırda Günəşin səthində 6 ləkə qrupu və 105 ləkə var. Tac dəliyi müşahidə edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kosmik hava durumu ilə bağlı yaydığı məlumatda bildirilib. 

Rəsədxananın proqnozuna görə, hesabat dövründə Günəş küləyinin maksimal sürəti 740 km/s qeydə alınıb.

Hazırda isə bir qədər zəifləyərək 532.9 km/s təşkil edir. Planetlərarası maqnit sahəsinin qiyməti isə zəifləyib. Yer orbitində planetlərarası maqnit sahəsinin qiyməti 3.5 nT, radial istiqamətdə isə 1.25 nT təşkil edir. Kosmik hava sakitdir. 

Mayın 1-dən 7-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif isə 5 faiz təşkil edir. 

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyəyə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində olacağı ehtimal edilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 5 faiz təşkil edir. 

Günəş küləyinin sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin) təsiri ilə sürətini saxlayacağı, aprelin 29-da baş vermiş CME-nin təsiri ilə yenidən artacağı gözlənilir. 

Aprelin 21-də baş vermiş CME-nin təsiri davam etdiyindən hazırda Kp indeksi 2 olsa belə, G1 (zəif) səviyyəli qasırğa ola bilər, ardınca isə mənfi qütblü CH HSS və dünən baş vermiş CME-nin təsiri ilə qeyri-stabil kosmik hava şəraiti proqnozlaşdırılır. 
Mənfi qütblü CH HSS-nin davamlı təsiri səbəbindən geomaqnit sahəsinin aktiv olacağı gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO