Azərbaycanlı idmançı Dünya Kubokunda qızıl medal aldı

Azərbaycanlı idmançı Dünya Kubokunda qızıl medal aldı

Hazırda oxunan: Azərbaycanlı idmançı Dünya Kubokunda qızıl medal aldı

133607

Azərbaycanlı paraatlet Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Para-pauerliftinq üzrə millinin üzvü gənclər arasında 76 kq nəticə göstərərək, fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə o, ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Qeyd edək ki, Leyla Kərimova ümumi kateqoriyada 147 kq nəticə ilə yarışı 4-cü pillədə tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO