“Barselona” La Liqada ötən əsrin rekordunu təkrarladı

“Barselona” La Liqada ötən əsrin rekordunu təkrarladı

Hazırda oxunan: “Barselona” La Liqada ötən əsrin rekordunu təkrarladı

133551

İspaniyanın “Barselona” klubu La Liqada ötən əsrin rekordunu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi bir mövsümün 24 oyununda qol buraxmayaraq buna nail olub.

XXXII turda “Betis”i 4:0 hesabı ilə məğlub edən “Barsa”da qapıçı Mark-Andre ter Ştegen 24-cü qarşılaşmada qapısının toxunulmazlığını qorumağı bacarıb. Bununla “göy-qırmızılar”ın 1986/1987 mövsümündəki rekordu təkrarlanıb. Həmin vaxt qapıçı Andoni Zubizarreta 24 görüşdə rəqib hücumlarının qarşısını alıb.

“Barselona” daha bir matçda qol buraxmasa, həm klub, həm də qapıçı ter Ştegen rekordu yeniləyəcək. Xavinin kollektivi mövsümün qalan görüşlərində “Osasuna”, “Espanyol”, “Real Sosyedad”, “Valyadolid”, “Malyorka” və “Selta” ilə qarşılaşacaq.
Qeyd edək ki, sona 6 tur qalmış 79 xalla turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi “Real Madrid”i 11 xal qabaqlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO