Prezidentin yeni sərəncamı Naxçıvanda 265 nəfərə şamil OLUNACAQ

Prezidentin yeni sərəncamı Naxçıvanda 265 nəfərə şamil OLUNACAQ

Hazırda oxunan: Prezidentin yeni sərəncamı Naxçıvanda 265 nəfərə şamil OLUNACAQ

133105

Prezident İlham Əliyevin yeni sərəncamı Naxçıvan Muxtar Respublikasında İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 265 nəfərə şamil olunacaq. 

Bizim.Media xəbər verir ki, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir. 

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Naxçıvan üzrə həmin müharibənin iştirakçısı olmuş 4 nəfərin hər birinə 1500 manat veriləcək. Bununla yanaşı sözügedən sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 261 nəfərin hər birinə isə 750 manat birdəfəlik maddi yardım veriləcək. 

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 26-da 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, ödənişlər İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət ümumilikdə 3729 şəxsə şamil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO