Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI 

Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI 

Hazırda oxunan: Bu il körpələrə daha çox hansı adlar verilib? – SİYAHI 

132922

2023-cü ildə doğulan oğlan körpələrə ən çox verilən adlar siyahısında Uğur, qızlarda isə Zəhra ilk sırada qərarlaşıb. 

Bizim.Media rəsmi statistikaya əsasən xəbər verir ki, ilin ötən müddəti ərzində doğulan qız körpələrinə ən çox Zəhra (440), Məryəm (387), Aylin (329), Zeynəb (328), Fatimə (298), Nilay (294), Ayla (279), Mələk (276), İnci (238), Nuray (219) adları verilib.

Oğlanlara isə ən çox Uğur (512), Əli (497), Yusif (415), Hüseyn (391), Məhəmməd (317), Raul (276), Ömər (268), Murad (233), Adəm (212), Ayxan (188) adları qoyulub.  

Bundan başqa, körpələrə qoyulan adlar arasında Tunar, Fateh, İbrahim, Ümid, Mehdi, Onur, Tuncay, Rəsul, Davud, Amir, Zeyd, Alparslan, Atilla adları, qızlarda isə Melisa, Dəniz, Miray, Mədinə, Xədicə, Banu, Əsma, Leyla, Nazlı, Ayan, Nur, Səma, Yağmur, Fidan, Alisa, Elay, Narin, Nəzrin, Nərgiz, Ahu kimi adlara üstünlük verilib.

Aygün İbrahimli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO