Brüs Uillis ilk dəfə BABA OLDU - FOTO

Brüs Uillis ilk dəfə BABA OLDU - FOTO

Hazırda oxunan: Brüs Uillis ilk dəfə BABA OLDU - FOTO

132904

Dünya şöhrətli keçmiş aktyor cütlüyü Brüs Uillis və Demi Murun qız nəvəsi dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu haqda məşhurların böyük qızı Rumer sosial şəbəkədəki səhifəsində məlumat yayıb. 

O, şəxsi mikrobloqunda dünyaya gətirdiyi körpəni “Sən əsl möcüzəsən. Xəyal etdiyimizdən də çox” sözləri ilə şərh edib.  

Yeni doğulan körpə qıza isə Luetta İsli Tomas Uillis adı verilib. Körpənin atası “Vista Kicks” qrupunun üzvü Derek Riçard Tomasdır. 

Xatırladaq ki, Demi Mur və Brüs Uillis 1987-ci ildə münasibətlərini qanuniləşdirib və 13 ildən sonra rəsmi şəkildə boşanıblar. Onların üç övladı var. Rumerdən başqa, kino ulduzları daha iki qız övladı böyüdüblər - Skaut və Tallulah. Uillis hazırda britaniyalı model Emme Himinqlə evlidir. Onların qızları da var - Mabel Rey və Evelyn Penn. 

Qeyd edək ki, fevral ayında aktyorun ailəsi Brüs Uillisə frontotemporal demensiya diaqnozu qoyulduğunu bildirmişdi. Ən çox görülən simptomlar davranış və şəxsiyyətdə kəskin dəyişikliklər, nitq və hərəkət pozğunluqlarıdır. Sözügedən xəstəliyinin heç bir müalicə yoxdur. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO