Bəzi qurumlarda əməkhaqqı şişirdilib – RƏSMİ  

Bəzi qurumlarda əməkhaqqı şişirdilib – RƏSMİ  

Hazırda oxunan: Bəzi qurumlarda əməkhaqqı şişirdilib – RƏSMİ  

132631

Bəzi qurumlar tərəfindən davamiyyəti olmayan işçilərə əməyin ödənişi edilmiş, bəzi hallarda hesablanmış məbləğlər şişirdilmiş, əməkhaqqı kartlarına əməyin ödənişi üzrə hesablanmış məbləğdən daha çox vəsait köçürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir. 

Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən uyğunluq auditləri ilə 9,7 mln. manat məbləğində əmək haqqı ilə bağlı maliyyə pozuntuları aşkarlanıb. 

Aşkarlanmış pozuntularla bağlı bölgülər aşağıdakı kimidir: 

Artıq ştatların saxlanılması - 2,1 mln. manat 

Davamiyyəti olmayanlara əməyin ödənişi - 4,2 mln. manat 

Hesablanmış məbləğlərin şişirdilməsi və hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsi – 1,5 mln. manat 

Dövlət qulluqçusu olmayanlara əsassız ödənişlər - 0,3 mln. manat 

Ali təhsili və ya müvafiq ixtisası olmayanların vəzifəyə təyin edilməsi və əməkhaqqının verilməsi – 0,5 mln. manat Məzuniyyət haqları və kompensasiyanın düzgün hesablanmaması- 0,5 mln. manat 

Nəzərdə tutulmadığı halda, mükafat və maddi yardımların verilməsi – 0,5 mln. manat Digər nöqsanlar – 0,1 mln. manat 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO