“Azərbaycanda böyrək və qaraciyər transplantasiyası aparılır

“Azərbaycanda böyrək və qaraciyər transplantasiyası aparılır" - Səhiyyə Nazirliyi 

Hazırda oxunan: “Azərbaycanda böyrək və qaraciyər transplantasiyası aparılır" - Səhiyyə Nazirliyi 

132616

"Hazırda Azərbaycanda gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir". 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mircəlal Kazımi deyib. 

O qeyd edib ki, çox vaxt transplantasiya müalicənin yeganə yolu ola bilər:

"Transplantasiya yeni başlandığı zaman köçürülən orqanların sayı məhdud idisə, hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO