Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə yeni cərimə müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 25.04.2023
Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması məlumatını yayanlar CƏRİMƏLƏNƏCƏK
Hazırda oxunan: Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması məlumatını yayanlar CƏRİMƏLƏNƏCƏK
Hazırda oxunan: Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması məlumatını yayanlar CƏRİMƏLƏNƏCƏK
132596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.