Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər CƏRİMƏLƏNƏCƏK – MƏBLƏĞ  

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər CƏRİMƏLƏNƏCƏK – MƏBLƏĞ  

Hazırda oxunan: Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər CƏRİMƏLƏNƏCƏK – MƏBLƏĞ  

132582

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. 

Məcəlləyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 

Eyni zamanda Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO