BTC vasitəsilə Türkiyə ərazisilə nəql edilən neftin həcmi ARTIB  

BTC vasitəsilə Türkiyə ərazisilə nəql edilən neftin həcmi ARTIB  

Hazırda oxunan: BTC vasitəsilə Türkiyə ərazisilə nəql edilən neftin həcmi ARTIB  

132570

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərilə 54 810 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 7,94% çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti məlumat yayıb. 

Bildirilib ki, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 50 778 min barel neft nəql edilib. 

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur. 

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO