Yunan-Roma güləşi üzrə millimiz rekorda imza ATDI

Yunan-Roma güləşi üzrə millimiz rekorda imza ATDI

Hazırda oxunan: Yunan-Roma güləşi üzrə millimiz rekorda imza ATDI

132418

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında ikinci yerə çıxdı. Türkiyə 155 xalla çempion oldu. Gürcüstan isə 124 xalla üçüncü pillədə qərarlaşdı.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvi Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazandı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO