Səudiyyə Ərəbistanı Qaşıqçının ölümü ilə bağlı ABŞ-ın hesabatını rədd etdi - FOTO

Səudiyyə Ərəbistanı Qaşıqçının ölümü ilə bağlı ABŞ-ın hesabatını rədd etdi - FOTO

Hazırda oxunan: Səudiyyə Ərəbistanı Qaşıqçının ölümü ilə bağlı ABŞ-ın hesabatını rədd etdi - FOTO

13230

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının qətlində vəliəhd şahzadə Məhəmməd bin Salmanın adının hallanması ilə bağlı ABŞ kəşfiyyatının hesabatını rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Səduiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Camal Qaşıqçı Məhəmməd bin Salmanın sifarişi ilə öldürülüb” - ABŞ kəşfiyyatı faktları açıqladı


“Səudiyyə Ərəbistanı hökuməti hesabatda yer alan krallıq rəhbərliyi ilə bağlı neqativ, yalan və qəbuledilməz dəyərləndirməni tamamilə rədd edir və hesabatda yanlış məlumat və nəticələrin olduğunu bildirir”, - deyə bildirilib.

Qeyd edilib ki, ölkə rəhbərliyi cinayəti törədənlərə qarşı artıq lazımi tədbirlər görüb.

Xatırladaq ki, ABŞ Milli Kəşfiyyat İdarəsi Camal Qaşıqçının ölümünün  Məhəmməd bin Salman tərəfindən sifariş edildiyi haqqında hesabat yayıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO