İzmirdə silahlı şəxs kafeyə hücum etdi - 1 ölü, 5 yaralı var

İzmirdə silahlı şəxs kafeyə hücum etdi - 1 ölü, 5 yaralı var

Hazırda oxunan: İzmirdə silahlı şəxs kafeyə hücum etdi - 1 ölü, 5 yaralı var

132282

Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən silahlı insident olub.

Bu barədə Bizim.Media “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, silahlı şəxs kafeyə basqın edərək bir neçə nəfərə tapançadan atəş açıb. Hadisə zamanı 6 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alanlardan daha birinin vəziyyətinin ağır olduğu bildirilir.
Cinayəti törədən şəxs avtomobillə hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışlarını həyata keçirir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO