Ucarda idarəetmədən çıxan avtomobil bir nəfərin ölümünə, üç nəfərin isə ağır yaralanmasına səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü sürücü, Mingəçevir sakini Nəsibova Səidə Nazim qızı Gəncə istiqmətində hərəkətdə olarkən avtomobilə idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Avtomobildə olan 9 yaşlı Abdullayeva Aynişan Elnur qızı elə hadisə yerindəcə dünyasını dəyişib.
Digər sərnişinlər Mingəçevir sakinləri 1965-ci il təvəllüdlü Nəsibova Kəmalə Zabit qızı və 2019-cu il təvəllüdlü azyaşlı Abdullayeva Rüqəyya Elnur qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılardan sürücü Səidə Nəsibova və Kəmalə Nəsibova Kürdəmir rayon Mərkəzi xəstəxanasına, dünyasını dəyişən Abdullayeva Aynişan və digər xəsarət alan Abdullayeva Rüqəyya isə Ucar arayon Mərkəzi Xəstəxanasına aparılıb.
Aynişan Abdullayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiyasının Ucar rayon şöbəsinə yerləşdirilib.
Hazırda faktla DİN-in baş istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu