Naxçıvanda ƏMƏLİYYAT: İrandan gələn maşında yarım ton narkotik AŞKARLANDI - FOTO 

Naxçıvanda ƏMƏLİYYAT: İrandan gələn maşında yarım ton narkotik AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Naxçıvanda ƏMƏLİYYAT: İrandan gələn maşında yarım ton narkotik AŞKARLANDI - FOTO 

132203

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

Bu barədə Bizim.Media-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Xəbərə görə, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Niderland Krallığına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO