Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

Hazırda oxunan: Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

132110

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb. 

Bizim.Media xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytında həyata keçirilir. 

20 min bilet finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Qalan biletlər yerli təşkilat strukturu, UEFA, UEFA-ya üzv assosiasiyalar, kommersiya tərəfdaşları və yayımçılar üçündür. 
Biletlər dörd kateqoriya üzrə fərqli qiymətlərə satılır və qiymətlər 70 avro ilə 690 avro arasında dəyişir. 

Qeyd edək ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq. 

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında “Real” (Madrid) “Mançester Siti”, “Milan” “İnter”lə üz-üzə gələcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO