Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 2 milyard 608,1 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 1 milyard 980,3 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 554,8 milyon manatı dövlət, 2 milyard 053,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 257,4 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:11 / 21.04.2023
Azərbaycanda ödənişli xidmətlərin qiymətində 12 faizlik ARTIM
Hazırda oxunan: Azərbaycanda ödənişli xidmətlərin qiymətində 12 faizlik ARTIM
Hazırda oxunan: Azərbaycanda ödənişli xidmətlərin qiymətində 12 faizlik ARTIM
132085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.