Azərbaycanda bu ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9 % artaraq 414,8 milyon manat olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 %-i hüquqi şəxslərin, 49,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 28,4 % artaraq 207,7 milyon manat olub. Hesabat dövrünə ictimai iaşə dövriyyəsinin 4,7 milyon manatı dövlət, 410 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:11 / 21.04.2023
Kafe və restoranların gəlirləri artıb
Hazırda oxunan: Kafe və restoranların gəlirləri artıb
Hazırda oxunan: Kafe və restoranların gəlirləri artıb
132070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.