“Gələcək nəvəm üçün qızıl və brilliantdan əmzik almışam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Sənətçi bildirib ki, heyvanlardan deyil, insanların dillərindən qorxur:
“Böyük oğlum Loğman evlənməmişdən əvvəl xanımımla hansısa şəhərə və ölkəyə gedəndə mütləq şəkildə uşaq geyimləri olan mağazalara girib, oradan “papış” da olsa alış-veriş edirik. Bu, bizdən aslı deyildi. Ər-arvad o “papışı” qoxulayıb əzizləyirik. Xoşumuza gəlir. Evdə o “papışı” götürüb, oynadırıq. Həmin o qızıl və brilliant əmzik o sıradan alınıb.
Bir sözlə, məqsədli şəkildə alınmayıb. İndi qismət olanda olacaq (Baba olmağını nəzərdə tutur – red.). İndi bu sözlərimi başqa istiqamətə yozub, başlayacaqlar məni tənqid etməyə. Namus, qeyrət, həya, abır damarları tutacaq. Məni dilə-dişə salmayın. O qədər qorxuram ki,... Mən fil, şir, pələng, ilan və gözdən qorxmuram. Amma insanların dillərindən, zəhər tökmələrindən qorxuram. Bir var tənqid, bir də var təhqir... Ona görə məndən uzaq olun”.
30 il evli olduğunu vurğulayan N.Qafarzadə həyatında həyat yoldaşından başqa hər şeyini dəyişdiyini açıqlayıb:
“Avtomobilimi dəyişməliydim. Həyat yoldaşımdan başqa hər şeyi dəyişirəm. Bir tək onu dəyişə bilmirəm. Həyat yoldaşını necə dəyişirlər, mənə də deyin. Artıq həyat yoldaşımı dəyişmək gecdir. Bizə belə şeylər yaraşmaz. Hərdən ahıl yaşında insanlar boşanırlar və deyirlər ki, həyat davam edir, insan həyatını yaşamalıdır. 52 yaşımdan sonra boşanmaq olar?
Mənim həyat yoldaşım bu yaşdan sonra nə “çuvixa” deyil, nə də ki... Bizim birgə addımlamağımız lazımdır. Biz dədə-babadan görmüşük, adət-ənənəmiz belədir. Xanımım bakılı qızı, mən isə dağlı balası. Çərçivələr olub, olacaq da... Siz bizi nə qədər müasirliyə aparsanız biz öz adətimizdən çıxmayacağıq. Bu sözlərimi insanlar necə qəbul edirlərsə etsinlər.
Camaat min oyundan çıxır, amma onlara heç nə deyən yoxdur. Biz niyə abırımızı çölə tullayaq. "Həyatımı yaşamalıyam" deyirlər, guya müasirdirlər. Hansı müasirlikdən danışırsan? Həyat ailədə gözəl olur. Ailən yoxdursa, həyatın da yoxdur. Kimə lazımdır bayquşluq? Təklik Allaha məxsusdur”.
Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var.
- A-
- A
- A+
Şoutaym
11:07 / 20.04.2023
Nadir Qafarzadə: “Həyat yoldaşımdan başqa hər şeyi dəyişirəm” - VİDEO
Hazırda oxunan: Nadir Qafarzadə: “Həyat yoldaşımdan başqa hər şeyi dəyişirəm” - VİDEO
Hazırda oxunan: Nadir Qafarzadə: “Həyat yoldaşımdan başqa hər şeyi dəyişirəm” - VİDEO
131824
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.