Talış sakini:

Talış sakini: "30 il bu torpağın həsrətilə yaşamışıq" - VİDEO

Hazırda oxunan: Talış sakini: "30 il bu torpağın həsrətilə yaşamışıq" - VİDEO

131208

Tərtər rayonunun Talış kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

Bizim.Media xəbər verir ki, 2023-cü il martın 16-da Talışa ilk köç karvanı ilə gəlmiş  kənd sakinləri, məktəblilər buaradakı şəraitdən və doğma kənddə dönüşdən məmnundurlar.

Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər. 
Xatırladaq ki, Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb.

Yurd həsrəti bitən 90  kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.  Dövlət Komitəsinin əməkdaşları ilə söhbətdə Talış sakinləri doğma yurda qayıdışın sevinci ilə yanaşı, burada gördükləri işlərdən də söz açıblar.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO