Ermənistanda Azərbaycan hərbçisinə qarşı pis rəftar narahatlıq doğurur - ATƏT

Ermənistanda Azərbaycan hərbçisinə qarşı pis rəftar narahatlıq doğurur - ATƏT

Hazırda oxunan: Ermənistanda Azərbaycan hərbçisinə qarşı pis rəftar narahatlıq doğurur - ATƏT

130789

“Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur”.

Bizim.Media xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU


“Hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir”, - qeyd edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO