“3 yaşlı qardaşım bizi xilas etdi...” - ƏSİR DÜŞƏN XOCALI - FOTO/VİDEO

“3 yaşlı qardaşım bizi xilas etdi...” - ƏSİR DÜŞƏN XOCALI - FOTO/VİDEO

Hazırda oxunan: “3 yaşlı qardaşım bizi xilas etdi...” - ƏSİR DÜŞƏN XOCALI - FOTO/VİDEO

13069

Bu fotodakı şəxslər Xocalı sakini Mürvət Məmmədovun ailəsinin bir hissəsdir. Əslində onlar 8 nəfər olmalı idi. Ancaq  biz ailənin 4 üzvü - ana 3 oğul və bir də fotodan kənarda qalan bir qızcığazın yaşadığını bilirik.  

Ailə başçısı Məmmədov Məmməd Rəhim oğlu və onun oğlanları Söhbət, Möhlət Xocalı soyqrımının qurbanları olduğu üçün bu fotoda yoxdurlar.



Mürvətin yerdə qalan ailə üzvləri isə əsirlikdən xilas olduqları zamanı bizim yerli jurnalistlərimiz tərəfindən yaddaşlara köçürülüb.

 

MÖVZU İLƏ BAĞLI:

İngilis dilində “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlandı - FOTO/VİDEO


Müsahibim Mürvət Məmmədovu dinlərkən talenin bu qədərinə ürəyin sızlamadan qulaq asmaq olmur. Qərbi Azərbaycandan 8 ailə üzvü ilə birlikdə məcburi köçkün düşərək 1 qardaşlarını şəhid verirlər. Daha sonra isə Xocalı şəhərinə pənah gətirirlər.

Lakin tale bu şəhərdə də onların ailəsinin üzünə gülmür. Çox keçmir ki, Xocalı soyqrımının canlı şahidlərinə çevrilirlər. 4 ay blokada da qalan şəhərin sakinləri təslim olmaq istəmsə də 1992-ci il Fevral ayının 25-dən 26-na keçən gecə ermənilər Xocalıya növbəti hücumunda Mürvət Məmmədovun ailəsi kimi əsir düşürlər.

Söhbət əsasında öyrənirik ki, müsahibim Mürvəti və digər xocalıları onun 3 yaşlı qardaşı xilas edir:



“Atam və böyük qardaşlarım posta çıxıb döyüşürdülər. Bütün xocalılar son güllərinə kimi vurşdular. Xocalıya heç bir yerdən giriş - çıxış yox idi. Sonuncu dəfə helekopter köməyə gəldi, onu da vurdular. Atamgil postdan ev gəldilər ki, bəs ermənilər Xocalıya dolub.

 

Hücum zamanı qonşumuz  Vidadi dayı da yaralanmışdı. Onu götürüb hamı bir evə  yığışdıq. Biz gözləmədəyimiz anda ermənilər içəri əl qumbarası atdılar. Hərə bir nahiyəsindən yaralandı. Sonra bizi əsir götürüb hamımızı bir otağa yığdılar.


Öz aralarında danışırdılar ki, bunları yandıraq. Danışa bilməyən 3 yaşlı qardaşım Ruslan əllərini qaldırdı ki, əmi qurban olum bizi yandırma. 366-cı alayın bir hərbçisi qoymadı bizi yandırsınlar. Onun da öz  istəkləri varmış. Bizdən ən bahalı  zinət əşyalarımızı yığdılar”. 

Mürvət başlarına gələn müsibətləri heç vaxt unutmayacaqlarını deyir:

“Bizə dedilər ki, sizi təcili yardım maşınına yığıb müalicə etməyə aparacağıq. Ancaq hər dəfə bizi aldadırdılar. Bu adla aparıb, daha pis vəziyyətdə əsirləri geri qaytarırdılar. Biz çölə çıxanda Sara xala və onun uşağının meydini çölə atdılar.

Bizə köməyə gələn Vidadi dayı bu mənzərəni görüb dözmədi, ermənilərə atəş açdı. Burda da bir çaxnaşma düşdü. Başımıza, gözümüzə döyə-döyə bizi təcili yardım maşınına mindirib Əsgərana gətirdilər”.

Həmin faciənin şahidi olan Mürvət Məmmədov söyləyir ki, əsirlər çoxaldıqca ermənilər seçim edirdilər, qız - gəlinə işgəncə verirdilər. Mənim Möhlət qardaşım bizlərə işgəncə verən ermənilərin birinin üzünə tüpürdü. Onlar atamı və iki qardaşımı bizdən ayrırdılar. Müsahibim söyləyir ki, yaralı olmasa idi bəlkə də onu da özləri ilə aparardılar:

 

“Bir həftə bizi Əsgəran polis təcridxanasında saxladılar. Orada onlar bildilər ki, həmin gün 11 yaşlı balaca qardaşım Əhmədin doğum günü idi. Əhmədə dedilər ki,  sənə elə hədiyyə verəcəyik ki, ömürlük bizi xatırlayacaqsan.


Bütün əsirlərin gözünün qabağında avtomatı uşağın ovcunun içinə qoydular, ona atəş açdılar. Qardaşımın yaralı əlinin üstünə özləri üçün dəmlədikləri çayı tökdülər. Əhməd adında kişinin başını kəsib futbol oynadılar. Bir həftədən sonra bizi olduğumuz yerdən  çıxardılar. Çölə çıxanda əli belli, daşlı, yabalı Əsgəran erməniləri bizi daş qalaq etdilər”. 

Mürvət Məmmədov söyləyir ki, sonra ermənilər öldürülümüş bir zənci muzdlusunun meyiti ilə 80 nəfər azərbaycanlını dəyişdilər: 

“Bu iş Allahverdi Bağırovun sayəsində oldu. Ancaq mənim ailə üzvlərimdən atam və qardaşlarım orada qaldılar. Düz 15 il biz müraciət etmədiyimiz qurumlar, beynəlxalq təşkilatlar qalmadı.

Sonradan öyrəndik ki, atamın və iki qardaşlarımın başları erməni məzarlarının üstündə kəsilib. Bu tarixi heç vaxt unutmayacağıq. Heç vaxt... “

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO