Azərbaycan Ordusunun itkin düşən 2 əsgərinin Ermənistanda saxlanıldığı TƏSDİQLƏNDİ

Azərbaycan Ordusunun itkin düşən 2 əsgərinin Ermənistanda saxlanıldığı TƏSDİQLƏNDİ

Hazırda oxunan: Azərbaycan Ordusunun itkin düşən 2 əsgərinin Ermənistanda saxlanıldığı TƏSDİQLƏNDİ

130541

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistanda saxlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan itkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT ETDİ


Nazirlik iddia edir ki, azərbaycanlı hərbçilərdən biri aprelin 13-də Ermənistanın Qarakilsə rayonu ərazisində aşkarlanıb və saxlanılıb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO