“Azərbaycan quş ətinin idxalını dayandırarsa, qiymətlər bahalaşacaq” – EKSPERT

“Azərbaycan quş ətinin idxalını dayandırarsa, qiymətlər bahalaşacaq” – EKSPERT

Hazırda oxunan: “Azərbaycan quş ətinin idxalını dayandırarsa, qiymətlər bahalaşacaq” – EKSPERT

130375

Xəbər verildiyi kimi Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalına məhdudiyyət qoyub. Azərbaycan Qida Təhlükəsizliyi bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliyanın Toskana, Seneqalın Louqa, Çilinin Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentinanın Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstanın Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. 

Sözügedən yoluxucu xəstəliklərdən qorunmaq məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı olan məhsulların, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Həmçinin qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ümumiyyətlə Azərbaycanın quş əti ilə bağlı yerli istehsal səviyyəsi yetərlidirmi?

Məhdudiyyətdən sonra daxili tələbatı ödəmək mümkün olacaqmı? 

Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında ölkəmizdə quş ətinin istehsalının bir qədər mübahisəli məsələ olduğunu önə çəkib:

“Düzdür, hazırda ölkənin quş əti ilə bağlı tələbatının 60 faizdən çoxunu yerli istehsal təmin edir. Amma məsələ burasındadır ki, həmin o yerli istehsalın xammalı və yarımfabrikantları, eləcə də istehsal üçün lazım olan bütün avadanlıqlar  xaricdən gətirilir. Yəni o avadanlıqları gətirib, Azərbaycanda quş əti istehsal etməyi nəzərdə tuturlarsa, bu, mümkündür.

Ölkə ərazisində quş əti istehsalını 30-40 faiz artırıb, yerli tələbatı tam ödəmək, mümkündür.

Amma hazırki istehsal həcmləri 60-70 faiz arasındadır. Ona görə də yerli tələbatın 30 faizi açıq qalır”. 

Ekspertin fikrincə, əgər Azərbaycan ümumiyyətlə xaricdən quş əti idxalını dayandırarsa, bu, ölkədaxilində quş əti tələbatına təklifi azaldar:

“Təklif isə azalanda, quş ətinin qiymətləri yüksələ bilər. Ən azı bir neçə ay ərzində, açıq qalan tələbatı yerli istehsalın genişləndirilməsi hesabına ödəyənə qədər quş əti bahalaşa bilər”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO