Düşmən təxribatının qarşısını alarkən şəhid olan Səbuhi Tağıyev Şahbuz rayonundandır - FOTO

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Səbuhi Tağıyev Şahbuz rayonundandır - FOTO

Hazırda oxunan: Düşmən təxribatının qarşısını alarkən şəhid olan Səbuhi Tağıyev Şahbuz rayonundandır - FOTO

130226

Xəbər verdiyimiz kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Bizim.Media-nın xəbərinə görə, Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var


Qeyd edək ki, həmçinin Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu da erməni təxribatlarının qarşısını alarkən şəhid olublar. 

Allah rəhmət eləsin!

Şəhid Tağıyev Səbuhi Gündüz oğlunun fotolarını təqdim edirik:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO