Parlamentdə FİKİR AYRILIĞI – “Biz də müxalifətik, hamını ittiham etmək olmaz”

Parlamentdə FİKİR AYRILIĞI – “Biz də müxalifətik, hamını ittiham etmək olmaz”

Hazırda oxunan: Parlamentdə FİKİR AYRILIĞI – “Biz də müxalifətik, hamını ittiham etmək olmaz”

130101

“Müxalifət adı çəkiləndə bir sərhəd qoyulmalıdır. Biz də müxalifətik, burada başqa müxalifət partiyaları da oturur. Bir qrup nəsə edib deyə, bütün müxalifəti ittiham etmək olmaz. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əlillik ala bilməyən şəxslər necə dolansın?” – Razi Nurullayev 


“Digər tərəfdən Meydan hərəkatını da kiçiltmək olmaz. Vaxtilə Heydər Əliyev də Meydan Hərəkatını yüksək qiymətləndirmişdi. Hazırda milli birliyə böyük ehtiyac var, cəbhələşməyə yol vermək olmaz.  

Eyni zamanda son zamanlar tarixdən çox danışılır, Nərimanov kimi şəxsiyyətlər hədəfə qoyulur. Ona görə də, tariximin ciddi araşdırılmasına ehtiyac var. Kim istəyir çıxıb, öz ağlı səviyyəsində danışır. Düşünürəm ki, tarixlə bağlı dövlətin mövqeyi ortaya qoyulmalıdır”, - deyə deputat əlavə edib. 
Aydın Mirzəzadə isə çıxışında Sabir Rüstəmxanlının fikirlərinə münasibət bildirib: 

“Sabir müəllimin fikirlərinə hörmətlə yanaşıram. Lakin tariximizlə bağlı qeyd olunanlarla razı deyiləm. Düşünürəm ki, bizim tariximiz obyektiv yazılıb. Müxalifət məsələsinə gəlincə isə, Sabir bəylə razıyam. Biz Sabir Rüstəmxanlını, Qüdrət Həsənquliyevi Əli Kərimli, yaxud Rəsul Quliyevlə bir tuta bilmərik”.  

Qeyd edək ki, Sabir Rüstəmxanlıdan öncə çıxış edən deputat Bəhruz Məhərrəmov radikal müxalifətin, o cümlədən Meydan Hərəkatı iştirakçılarının ünvanına tənqidi fikirlər səsləndirmişdi. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO