Süd vəzi xərçəngi “cavanlaşır” – Onkoloqdan HƏYƏCAN TƏBİLİ 

Süd vəzi xərçəngi “cavanlaşır” – Onkoloqdan HƏYƏCAN TƏBİLİ 

Hazırda oxunan: Süd vəzi xərçəngi “cavanlaşır” – Onkoloqdan HƏYƏCAN TƏBİLİ 

129981

“Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil. Süd vəzində yaranmış hər hansı bir xoşxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur. Bəzən isə xoşxassəli şiş aşkar olan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər”.

Bizim.Media xəbər verir ki, bunu ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əsrin bəlası olan XƏRÇƏNGDƏN qorunmağın YOLLARI


O bildirib ki, süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xoşxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır: 

“Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu haqda məlumatlar var. Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır. Orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur. Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər”.

Həkim onu da bildirib ki, son illərdə bütün dünyada süd vəzi xərçənginin “cavanlaşması” müşahidə edilir:

“20-30 yaşlarda olan qadınlarda daha çox süd vəzində xoşxassəli şişlər rast gəlir. Bu yaşdan yuxarı qadınlarda süd vəzində bədxassəli şişlərə daha tez-tez rastlanır. 50-70 yaş isə süd vəzi xərçəngi üçün pik yaş hesab edilir. Bu yaşdan yuxarı qadınlarda artıq süd vəzi xərçənginin rastlanma faizi nisbətən aşağı olur”.

Həkimin sözlərinə görə, bir çox xəstəliklər süd vəzlərinə də öz mənfi təsirini göstərə bilər.

Bunlardan sinir sistemi xəstəlikləri, qalxanvarı vəzidə olan müxtəlif dəyişikliklər, ginekoloji xəstəliklər, bir çox endokrin-metabolik xəstəliklər, genetik xəstəliklər, qaraciyər xəstəlikləri və başqalarını göstərmək olar.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO