“Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə etdi

“Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə etdi

Hazırda oxunan: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə etdi

129788

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, “Turan Tovuz” doğma publika önündə “Şamaxı”nı qəbul edib.

Matça sürətli başlayan tovuzlular artıq 2-ci dəqiqədə Runi Evanın başla vurduğu qol sayəsində hesabı açıblar. Ancaq cəmi yeddi dəqiqə sonra qonaqlar bərabərlik topunu vurublar. Fuad Bayramovun iti bucaq altından zərbəsi dəqiq alınıb.
Bu, həm də qarşılaşmada son qol olub. Nəticədə matç 1:1 hesabı ilə yekunlaşıb və “Şamaxı” səfərdə rəqibi ilə heç-heçə edib.

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. “Şamaxı” isə 21 xalla “Səbail”lə birlikdə son pilləni bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib. Son görüşdə bu gün “Qarabağ”la “Şamaxı” birincilərin meydanında qarşılaşacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO