“Məkr, riyakarlıq siyasətini tutan dövlətin sonu heç vaxt yaxşı bitməyib. İran parlamentinin qəbul etdiyi bəyanata fikir verdikdə, şər, böhtan, riyakarlığın şahidi oluruq”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Persona-non-grata” elan edilən İran diplomatlarının ADLARI
“İran Azərbaycanın İsraildə səfirlik açmasından narahatdır. Azərbaycanın İsraillə diplomatik əlaqələri onu özündən çıxarıb.
Hətta İran o qədər özündən çıxıb ki, bizim daxili işimizlə bağlı bəyanat qəbul edib. Məgər indiyə kimi, heç bir müsəlman dövləti İsraillə diplomatik əlaqələr qurmayıb? Bəs, İranın xristian dövləti olan Ermənistanla əlaqəsi niyə hələ də davam edir? Riyakarlığın dərəcəsinə baxın” – deyə, deputat bildirib.
Bizim.Media