Çempionlar Liqası: bu gün daha iki oyun olacaq

Çempionlar Liqası: bu gün daha iki oyun olacaq

Hazırda oxunan: Çempionlar Liqası: bu gün daha iki oyun olacaq

12929

Fevralın 24-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun son iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılacaq.

Oyundan əvvəl “kral klubu”nun heyətində ciddi itkilər var.

Dani Karvaxal, Serxio Ramos, Eder Militao, Marselo, Alvaro Odriosola, Federiko Valverde, Eden Azar, Kərim Benzema və Rodriqo zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər. Meydan sahiblərinin heyətində isə Hans Hatebur zədə səbəbindən çıxış etməyəcək.

Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçiriləcək.

Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq. Mönhenqladbax təmsilçisinin heyətində Abdulay Dukure, “şəhərlilər”də isə Natan Ake oyunu buraxmalı olacaqlar.

Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.

Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO