Rəsmi Moskva ilk dəfə “Xankəndi” sözünü işlətdi – VİDEO

Rəsmi Moskva ilk dəfə “Xankəndi” sözünü işlətdi – VİDEO

Hazırda oxunan: Rəsmi Moskva ilk dəfə “Xankəndi” sözünü işlətdi – VİDEO

12925

Rusiyanın Fövqəladə Hallar Hazirliyi (FHN) Dağlıq Qarabağda yaşayan ermənilərə növbəti humanitar yardımların çatdırılmasını təşkil edib. Bu haqda informasiya qurumun saytında yer alıb.

Bizim.Media xəbər verir ki, məlumatda diqqət çəkən məqam Rusiya tərəfinin indiyə qədər Stepanakert kimi yazdığı şəhəri ilk dəfə Xankəndi kimi qeyd etməsidir.

Mənbə yazır ki, sosial infrastrukturun və mənzil fondunun bərpası üçün tikinti materialları avtomobil yolu ilə göndərilib.

 

MÖVZU İLƏ BAĞLI:

Araik buna da qərar verdi - Erməniləri hər bazar günü kilsələrə göndərəcək - FOTO


Ümumilikdə, Xankəndinə təxminən 50 ton yük çatdırılıb. Tərkibində polad, metal plitələr və taxta olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi ötən ilin noyabrından bu yana Dağlıq Qarabağa 1,5 mindən çox humanitar yardım çatdırıb.

Onun köməyi ilə artıq 1,8 min obyekt bərpa edilib. Bunlar çoxmənzilli və özəl yaşayış binaları, inzibati binalar, sosial əhəmiyyətli obyektlər və infrastrukturdur.

Hazırda 300-ə yaxın ərazidə bərpa işləri aparılır. 130 yerli tikinti təşkilatı cəlb edilib. Hər şeydən əvvəl inşaatçılar evlərin damlarını təmir edir, pəncərə və qapılarını dəyişirlər.

Bizim.Media






 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO