Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, həlak olanların sayı 50 min 399-a çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Bizim.Media
![Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ÖTDÜ Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ÖTDÜ](https://bizim.media/file/articles/2023/04/05/1680677062_1680526715_2.jpg)
- A-
- A
- A+
Dünya
10:38 / 05.04.2023
Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ÖTDÜ
Hazırda oxunan: Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ÖTDÜ
Hazırda oxunan: Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ÖTDÜ
129001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12