Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – Dövlət qurumları bir-birini TƏKZİB ETDİ – FOTO

Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – Dövlət qurumları bir-birini TƏKZİB ETDİ – FOTO

Hazırda oxunan: Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – Dövlət qurumları bir-birini TƏKZİB ETDİ – FOTO

128860

Bakının müxtəlif prospekt və küçələrində olan yeraltı keçidlərin eskalatorlarının işləməməsi, tez-tez rastlandığından artıq adiləşib. 

Belə ki, keçidlərin çox hallarda ən azından bir və ya iki eskalatoru işləmir. İnsanlar məcbur qaldığı üçün pilləkənləri piyada qalxmalı olurlar.

Məsələn, Mərkəzi Bank istiqamətindən Heydər Əliyev Sarayının qarşısındakı əraziyə çıxmaq üçün istifadə olunan keçidin eskalatorlarının ikisi-aşağı enən, digər tərəfdə isə yuxarıya qalxan eskalator neçə müddətdir ki, çalışmır. 

Sarayın yaxınlığında olan (Bülbül prospekti 33) keçiddə isə eskalatorlar artıq bir neçə aydır ki, işləmir. Keçidin üçüncü çıxışında adi pilləkən var və istifadəçilərin çoxu o pilləkənlərdən istifadə edir. Bunun da səbəbi çalışmayan eskalatorla yuxarıya qalxmağın, eləcə də aşağı düşməyin çətinlik yaratmasıdır. 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli problemlə bağlı Bizim.Media-ya açıqlamasında sarayın qarşısındakı keçiddə işləməyən eskalatorun olmadığını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – İki dövlət qurumundan BÖLGÜ DAVASI - FOTO


Bakı şəhəri İcra Hakimiyyətindən (BŞİH) isə həmin ərazidəki eskalatorun xeyli müddətdir işləmədiyi bildirildi.

Qeyd olunub ki, həmin ərazilər İcra Hakimiyyətinin deyil, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin balansındadır: 

“Sarayın qarşısında olan yeraltı keçiddə uzun müddətdir ki, eskalatorlar işləmir. Agentlik belə açıqlama verib ki, işləməyən hissələrin dəyişdirilməsi üçün xaricdən sifariş verilib. Neçə vaxtdır ki, vəziyyət belə qalıb. Amma ehtiyat hissələri gəlib çıxmayıb, eskalatorlar da o vəziyyətdə qalır”.   

Anar Nəcəfli isə əlavə edib ki, şəhərin müxtəlif ərazilərində eskalatorların işləməməsi problemi olsa da, qısa vaxt ərzində aradan qaldırılmağa çalışılır: 

“Əgər təmiri mümkün deyilsə, ehtiyat hissəsi xaricdən sifariş verilir. Bu zaman ehtiyat hissəsinin gətirilməsi və quraşdırılması müəyyən zaman alır”.

Ehtiyat hissələrinin hansı ölkələrdən sifariş olunması barəsində açıqlama verməyən Agentlik rəsmisi bildirib ki, təmiri mümkün olmayan ehtiyat hissələri gəlməyi daha tez başa gələn ölkələrdən sifariş edilir. 

Anar Nəcəflinin sözlərinə görə, ötən il yeraltı keçidlərin eskalatorlarında 1500-ə yaxın bu cür təmir işləri icra olunub: 

“Hazırda şəhərdə cəmi 2-3 ərazidə eskalator işləməyə bilər. Təmiri mümkün hissələr təmir olunaraq yenidən işlək vəziyyətə gətirilir. Sadəcə təmir mümkün olmadıqda sifariş edilir”.

Qeyd edək ki, şəhərin mərkəzində eskalatorların çalışmaması problemi daha əvvəl də tərəfimizdən dəfələrlə işıqlandırılsa da, məsələ hələ də öz həllini tapmayıb.
















Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO