AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, toplantıda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir.
“Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir.
“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:53 / 03.04.2023
AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı
Hazırda oxunan: AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı
Hazırda oxunan: AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı
128668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.