İsrailli politoloq: “İsrail bir çox sahələrdə Azərbaycanla bir addımlayacaq”

İsrailli politoloq: “İsrail bir çox sahələrdə Azərbaycanla bir addımlayacaq”

Hazırda oxunan: İsrailli politoloq: “İsrail bir çox sahələrdə Azərbaycanla bir addımlayacaq”

128379

“Azərbaycan-İsrail münasibətləri ölkələr arasında ideal münasibətlərə nümunə ola bilər. Biz hətta bu münasibətləri İsraildə qardaşlıq münasibətləri adlandırırıq”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkel deyib. 

İsraildə Azərbaycan səfirliyinin açılmasını iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə diqqət çəkən politoloq bundan sonra bir çox addımların bərabər atılacağını deyir.

“Əslində, İsrailin bu qədər yaxın, yaxşı, xüsusi münasibətləri olan çox az ölkə var. Bütün istiqamətlərdə - istər biznesdə, istər hökumətlər arası anlaşmalarda, istər beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqda, istərsə də hərbi strukturlarımızın koordinasiyasında münasibətlər yüksək səviyyədədir. 
Düşünürəm ki, bu, yalnız yaxşılaşan və irəliləyən gözəl bir əlaqədir. Təl-Əvivdə Azərbaycan səfirliyinin açılmasını qeyd etməmək mümkün deyil - bu, münasibətlərin inkişafında çox mühüm mərhələdir. Bu, ölkələrimiz arasında münasibətləri yalnız yaxşılaşdıracaq, dərinləşdirəcək və möhkəmləndirəcək”, - deyə M.Finkel qeyd edib. 

İran-İsrail münasibətlərinə diqqət çəkən politoloq bildirib ki, son vaxtlar Azərbaycana qarşı da İsrailə göstərdiyi münasibəti sərgiləyən molla rejimi düşmən ritorikasından əl çəkmək istəmir.

“Başa düşməliyik ki, 1979-cu ildən İsrail İranın Ayətullah rejimi ilə “isti müharibə” vəziyyətindədir, çünki Şah Pəhləvi dövründə bizim İranla əla münasibətlərimiz olub. Lakin sonradan İran bu əlaqələri birtərəfli qaydada kəsib və bizə qarşı müharibə elan edərək, “İsrailin məhv edilməsini və ona qarşı terror fəaliyyətinin aparılmasını” qarşısına vəzifə kimi qoydu.

İran Azərbaycana qarşı terror fəaliyyətləri həyata keçirir. Bu yaxınlarda Tehrandakı Azərbaycan səfirliyinə hücumu və qətli xatırlayaq. İkinci Qarabağ müharibəsi zamanı Ermənistana silah və neft məhsulları ilə yardımı xatırlayaq. Bizim bir düşmənimiz var. Biz böyük ölçüdə ümumi dərd və problemlə birləşən ölkələrik. Birlikdə mütləq qalib gələcəyik və bu istiqamətdə səylərimizi koordinasiya etməliyik”.

Son vaxtlar İran-Azərbaycan münasibətlərinin gərginləşməsini şərh edən Mixail Fenkel bildirib ki, bu, müharibə səviyyəsinə çatmayacaq gərginləşmədir.

“Azərbaycanla İran arasında “müharibənin qaynar mərhələsi”nin hələ də açılacağını düşünmürəm. Sizin çox müdrik Prezidentiniz var, cənab İlham Əliyev. O, heyrətamiz, çox müdrik siyasət aparır və buna imkan verməyəcək. Amma İran rejimi Azərbaycana qarşı təcavüzə başlayarsa, mən şübhə etmirəm ki, İsrail ölkənizlə çiyin-çiyinə verəcək. Necə ki, biz ikinci Qarabağ müharibəsi zamanı kömək etmişik, bu dəfə də edəcəyik. Deyə bilərəm ki, Ayətullah rejimi hazırda odla oynayır”, - deyə Finkel əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO