“Təəssüf hissi ilə qeyd etməliyəm ki, işğaldan azad olunan torpaqlarda biz bu gün də kütləvi məzarlıqların aşkarlanmasının şahidi oluruq”.
Bizim.Media xəbər verir ki, bunu Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksi və soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edən Ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün soyqırımları barədə məlumatları dünyaya çatdırmağın zəruri olduğunu vurğulayıb:
“Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir. Əfsuslar olsun ki, Ulu Öndər hakimiyyətə gələnə qədər bu məsələyə heç bir siyasi qiymət verilməyib. Yalnız Ulu Öndərin sərəncamından sonra 1998-ci ildə soyqırım günü elan olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər zaman bu məsələlər dövlət başçımızın diqqətindədir. Biz də bütün regional və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini çatdırmalıyıq”.
S.Əliyeva bildirib ki, işğaldan azad olunan torpaqlarda bu gün də kütləvi məzarlıqlar aşkar olunduğunun şahidi oluruq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 31.03.2023
"Qarabağda bu gün də kütləvi məzarlıqlar aşkarlanır" - Ombudsman
Hazırda oxunan: "Qarabağda bu gün də kütləvi məzarlıqlar aşkarlanır" - Ombudsman
Hazırda oxunan: "Qarabağda bu gün də kütləvi məzarlıqlar aşkarlanır" - Ombudsman
128197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.