Yunanlı tələbələr Şimali Kiprin prezidentinə hücum etdi - Londonda 

Yunanlı tələbələr Şimali Kiprin prezidentinə hücum etdi - Londonda 

Hazırda oxunan: Yunanlı tələbələr Şimali Kiprin prezidentinə hücum etdi - Londonda 

127960

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatara hücum cəhdi olub.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hücum cəhdi Böyük Britaniyanın paytaxtı Londonda olub.

Bildirilir ki, bir qrup yunan tələbə konfransa gedən Ersin Tatarın avtomobilinin yolunu bağlamağa cəhd edib. Britaniya polisi təxribat xarakterli şüarlar səsləndirən yunan tələbələrin bu cəhdinin qarşısını alıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu mövzuya münasibət bildirib. O, tvitter hesabında "Biz hər zaman Şimali Kipir Türk Respublikasının (ŞKTR) yanındayıq" sözlərini yazıb.

"Türk Dövlətləri Təşkilatı başda olmaqla ŞKTR-in müşahidəçi üzvlüyünün getdikcə artan nüfuzunu həzm edə bilməyən kiprli rumlar aqressiv olublar. Şimali Kipir Türk Respublikasının prezidenti Londonda hücuma məruz qaldı. Ersin Tatar, sizinləyik", - deyə paylaşımda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO