Qadın basketbolçular arasında Azərbaycan Kuboku keçiriləcək – FOTO  

Qadın basketbolçular arasında Azərbaycan Kuboku keçiriləcək – FOTO  

Hazırda oxunan: Qadın basketbolçular arasında Azərbaycan Kuboku keçiriləcək – FOTO  

127876

Azərbaycanda ilk dəfə olaraq qadın basketbolçular arasında Azərbaycan Kuboku baş tutacaq.

Bizim.Media xəbər verir ki, yarışa aprelin 3-də start veriləcək.  

"BBA", "ALOV", "PH" və "AZE U-16" komandalarının iştirak edəcəyi Azərbaycan Kubokunda oyunlar dairəvi sistemdə keçiriləcək və turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar. Final qarşılaşması 10 aprel tarixində oynanılacaq. Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçiriləcək və federasiyanın rəsmi "youtube" hesabından canlı olaraq basketbol sevərlərə təqdim olunacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO