Prezidentdən Böyük Qayıdışla bağlı MÜHÜM MESAJLAR 

Prezidentdən Böyük Qayıdışla bağlı MÜHÜM MESAJLAR 

Hazırda oxunan: Prezidentdən Böyük Qayıdışla bağlı MÜHÜM MESAJLAR 

127823

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Prezident Laçının xüsusi nümayəndəsi ilə görüşdə bir sıra mühüm məsələlərlə bağlı bəyanatlarla çıxış edib.

İlham Əliyevin çıxışı əhəmiyyətli mesajlarla da yadda qalıb.

Bizim.Media Prezidentin səsləndirdiyi mühüm mesajları təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Laçına təyin edilən xüsusi nümayəndəni QƏBUL ETDİ - VİDEO


1.  Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdır və Azərbaycan dövləti bunu təmin edəcək. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. 

2. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələr ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. 

3. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq.

4. Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. 

5. Gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində Laçın hava limanı istismara veriləcək.

6. Tikilən evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik.

7. Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci dərəcəli vəzifə olmalıdır.

8. Kəlbəcər rayonuna da xüsusi nümayəndə təyin ediləcək. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO