Oğul 58 yaşlı atasını söyüşə görə ÖLDÜRDÜ - TƏFƏRRÜAT

Oğul 58 yaşlı atasını söyüşə görə ÖLDÜRDÜ - TƏFƏRRÜAT

Hazırda oxunan: Oğul 58 yaşlı atasını söyüşə görə ÖLDÜRDÜ - TƏFƏRRÜAT

127650

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 58 yaşlı Hacımirzə Aftilov oğlu Sənan Aftilov tərəfindən qətlə yetirilib.

İlkin araşdırma zamanı Sənanın atasını taxta ilə döyüb öldürüməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.  

Bizim.Media "modern.az" a istinadən xəbər verir ki, qətl hadisəsi söyüş üstündə baş verib.  

H.Aftilovun qohumlarının sözlərinə görə, mərhum uzun illər alkoqol qəbul edirmiş. Bu səbəbdən onların ailəsində tez-tez mübahisələr yaşanıb.

Hadisə baş verən gün H.Aftilov sərxoş vəziyyətdə evə gələrək, ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Sənan buna etiraz edəndə atası əlindəki taxta parçası ilə onu vurmağa başlayıb. 

Taxtanı atasının əlindən alan S.Aftilov ona zərbələr endirib. Atasının yerə yıxıldığını görən Sənan hadisə yerindən uzaqlaşaraq əmisigilə gedib.  

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO