Bayramda sərnişindaşımada REKORD GÖSTƏRİCİ

Bayramda sərnişindaşımada REKORD GÖSTƏRİCİ

Hazırda oxunan: Bayramda sərnişindaşımada REKORD GÖSTƏRİCİ

127426

Koronavirus pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşımada rekord göstərici qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, martın 18-də avtovağzaldan 473 reyslə 15 min 240 sərnişin yola salınıb.

Bayram günlərində sərnişinlərin sayı adi günlərlə müqayisədə 3 qat çox olub.

Ümumilikdə bayram ərəfəsində və bayram günlərində regionlara 3455 reys həyata keçirilib, 92 min 925 sərnişin mənzil başına çatdırılıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Qeyd edək ki, martın 15-dən 27-nə kimi respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO