Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri qeydə ALINIB - RƏSMİ
Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bizim.Media