Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir

Hazırda oxunan: Bu gün Su çərşənbəsidir

12711

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Bizim.Media xəbər verir ki, xalq arasında “yalançı çərşənbə” kimi tanınan su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" , “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” və s. kimi də adlandırırlar.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır.

Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO