Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi

Hazırda oxunan: Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi

12694

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin müvafiq işçi qrup rəhbərlərinin iştirakı ilə növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olduğu vurğulanıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun qurulması müzakirə edildi


Qeyd edilib ki, görülən işlər öz doğma yurd-yuvalarına geri qayıdacaq vətəndaşlar üçün lazımi həyat şəraitinin yaradılmasını nəzərdə tutmaqla, dövlətimizin strateji inkişaf prioritetlərinə uyğun aparılır. 

İşğaldan azad edilmiş ərazilərdə hərbi-siyasi, hüquqi, sosial-iqtisadi, minalardan təmizləmə, şəhərsalma, enerji, humanitar, beynəlxalq əməkdaşlıq, təşkilati və digər məsələlər üzrə işlərə cavabdeh olan müvafiq dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən görülmüş işlərlə bağlı ətraflı məlumat verilib. 

 

Həyata keçirilmiş və icraatda olan işlərin ilkin nəticələri, təxirəsalınmaz və uzunmüddətli planlaşdırma, bu proseslərdə mövcud olan qabaqcıl üsul və metodologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti dövlət qurumlarının təklifləri əsasında qarşıda duran vəzifələr nəzərdən keçirilib. 


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO