“Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderə baxmayaraq, onu öz ərazisində həbs etməyəcək”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş brifinq zamanı deyib.
Belə ki, beynəlxalq order Budapeşt üçün məcburi deyil.
Aparat rəhbəri Macarıstan tərəfindən Roma Əsasnaməsinin imzalanmasına və ratifikasiyasına baxmayaraq, bu sənədin Macarıstanın hüquq sisteminə daxil edilmədiyini və həbsin ölkə konstitusiyasına zidd olacağını qeyd edib.
Qeyd edək ki, ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:17 / 23.03.2023
Putinin həbsi ilə bağlı orderə Macarıstandan RƏSMİ CAVAB
Hazırda oxunan: Putinin həbsi ilə bağlı orderə Macarıstandan RƏSMİ CAVAB
Hazırda oxunan: Putinin həbsi ilə bağlı orderə Macarıstandan RƏSMİ CAVAB
126938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.