Prezident İlham Əliyevin çıxışı Ermənistana və onu xaricdə dəstəkləyənlərə ciddi xəbərdarlıqdır - MÜNASİBƏT 

Prezident İlham Əliyevin çıxışı Ermənistana və onu xaricdə dəstəkləyənlərə ciddi xəbərdarlıqdır - MÜNASİBƏT 

Hazırda oxunan: Prezident İlham Əliyevin çıxışı Ermənistana və onu xaricdə dəstəkləyənlərə ciddi xəbərdarlıqdır - MÜNASİBƏT 

126461

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı həm ictimaiyyət üçün həm də, beynəlxalq aləmə yönəlik bir sıra vacib mesajlar verdi.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycan Prezidentinin Novruz Bayramını sadə insanlarla birgə keçirməsinin özü böyük bir siyasi mesajdır: 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev 30 il sonra Talış kəndində Novruz tonqalını alovlandırdı - FOTO/VİDEO


“Bunun özü dövlət rəhbərinin, xalqın liderinin hər zaman xalqla bir yerdə olduğunun, onun arzuları, adət ənənələrilə yaşadığı, problemlərin həllini özünün fəaliyyətinin əsas məqsədi hesab etdiyinin göstəricisidir. Prezident düzgün olaraq Zəfərimizin asanlıqla qazanılmadığını bir daha cəmiyyətə bəyan etdi. Beynəlxalq təşkilatlar problemimizə soyuq yanaşdı. Böyük dövlətlər ölkəmizə siyasi dəstəkdən başqa heç nə vermədi. Fransa isə ümumiyyətlə işğalçı Ermənistanı müdafiə etməklə öz nüfuzuna böyük zərbə vurdu”. 

Müsahibimiz bildirir ki, Prezidentin dünyaya ünvanladığı digər siyasi mesajı Azərbaycanın öz suverenliyini qorumaq üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bəyan etməsidir: 

“Ermənistandakı revanşist qüvvələrə, xaricdə onu dəstəkləyən dairələrə bir daha ciddi şəkildə xəbərdarlıq etdi ki, Azərbaycanın suverenliyini pozmaq onlar üçün heç də asan başa gəlməyəcək. Azərbaycanın daxili işlərinə qarışmasınlar, milli suverenliyimizə toxunmasınlar. Hər bir vətəndaşımız bilir ki, Azərbaycan Prezidenti verdiyi bəyanatların, dediyi sözün sahibidir. Prezidentimiz Azərbaycan maraqlarını qorumağı öz fəaliyyətinin əsas prioriteti hesab edir”. 

Millət vəkili bildirir ki, Prezidentin çıxışı cəmiyyətdə böyük rezonans doğurub: 

“Cənab Prezidentin çıxışı hamı tərəfindən dəstəkləndi. Bir daha hiss etdik ki, tutduğumuz yol düzgündür və bizə uğur gətirəcək. Birlikdə bu yolda davam etməliyik”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO