“Yanacaq Doldurma Məntəqələrində ciddi yoxlamalar aparılmalıdır” - EKSPERT

“Yanacaq Doldurma Məntəqələrində ciddi yoxlamalar aparılmalıdır” - EKSPERT

Hazırda oxunan: “Yanacaq Doldurma Məntəqələrində ciddi yoxlamalar aparılmalıdır” - EKSPERT

12619

Xəbər verdiyimiz kimi, ötən ilin sonuna olan məlumata görə, 36 yanacaqdoldurma məntəqəsində yanacağın keyfiyyəti ilə bağlı monitorinqlər aparılıb.

Monitorinqin nəticələrinə əsasən, yanacağın keyfiyyəti ilə əlaqədar istehlakçıların səsləndirdiyi fikirlərlər bağlı faktlar təsdiqini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yanacaqdoldurma məntəqələrində satılan benzin keyfiyyətsizdir - Rəsmən Təsdiqləndi


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib ki, monitorinq aparılan məntəqələrin böyük əksəriyyətində kənarlaşmaların olduğu müşahidə edilib.

Benzinin bahalaşdığı ərəfədə şirkətlərin istehlakçıların ciblərinə girməsi  onlar üçün dözülməzdir. Mövzu ilə bağlı başqa bir problem isə benzinin keyfiyyətsiz olmasındadır.

İqtisadçı ekspert Natiq  Cəfərli söyləyir ki, Azərbaycanda Neftayırma Zavodunda   yenidənqurma işləri aparılır.

Rəsmilərin açıqlamasına görə bu işlər tamamlanandan sonra problem olmayacaq. Lakin bu işlər bitənə qədər də benzinin keyfiyyətində problem olmamalıdır:

“Eyni yanacağı Gürcüstan ərazisində avtomobilin benzin çənini tam dolduranda  600-650 km  məsafə qət etmək mümkün olur. Azərbaycanda isə  bu rəqəm 500-510 km-ə düşür. Arada olan fərq benzinin keyfiyyətsizliyinə dəlalət edir.

Benzinin keyfiyyətsiz olması avtomobilin ehtiyyat hissələrinin sıradan çıxmasına da səbəb olur. Azərbaycanda bu sahədə nəzarət mexanizminin hazırlanmasına ehtiyac var. Çünki, problem nə qədər kənarda qalarsa, şikayətlər də getdikcə artacaq”.

Eyni zamanda iqtisadçı ekspert düşünür ki, Yanacaq Dondurma Məntəqələrində (YDM) benzinə əlavə qatqı halları da mövcuddur: 

“Benzinə əlavə qatqıların olması ilə bağlı da məlumatlar var. Hətta bəzi cihazlarda vurulan benzinin litrindən də kəsirlər. Bununa görə də YDM-lərdə ciddi yoxlamalar aparılmalıdır.

Benzinlərə qatqı əlavə edilərək həcm artırılır, keyfiyyət isə aşağı düşür.

Azərbaycan qanunvericiliyi imkan verir ki, benzininin keyfiyyətsiz olması ilə bağlı vətəndaşların şikayətləri əsasında araşdımalara aparılsın”.

Natiq Cəfərli vurğuladı ki, qonşu və bir çox Avropa ölkələri “AVRO-5” standartlarına çoxdan keçiblər. Biz də isə “AVRO-5” standartlarına keçid ən yaxşı halda 2023-cü ildə baş tutacaq. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO