“Neftçi”nin qapıçısı Xorvatiya və Rusiya klublarından təklif alıb

“Neftçi”nin qapıçısı Xorvatiya və Rusiya klublarından təklif alıb

Hazırda oxunan: “Neftçi”nin qapıçısı Xorvatiya və Rusiya klublarından təklif alıb

125953

"Neftçi"nin qapıçısı İvan Brkiç karyerasını yenidən dogma ölkəsində davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, xorvatiyalı qapıçıya “Hayduk”dan təklif gəlib.  

Hazırda Xorvatiya çempionatında üst sıralarda qərarlaşan Split təmsilçisi mövsümün sonunda onu heyətinə qatmaq niyyətindədir.  

Rusiya Premyer Liqasında mübarizə aparan "Orenburq" da Brkiçi transfer siyahısına daxil edib.  

Qeyd edək ki, "Neftçi" özü də qolkiperə yeni müqavilə təklif edib. Hazırda Brkiçi komandada saxlamaq üçün onunla danışıqları davam etdirilir. 27 yaşlı qapıçının Bakı klubunda qalıb-qalmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.  

Təcrübəli qapıçı 2022-ci ildə “Riqa”dan “Neftçi”yə keçib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO